Paşinyan Ermənistanın baş naziri oldubackend

Paşinyan Ermənistanın baş naziri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Prezidenti Armen Sarkisyan baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib.

Prezident bu qərarı ölkə parlamentinin ilk iclasından sonra verib.

Qeyd edək ki, ötən il dekabrın 9-da keçirilmiş seçkilərdən sonra parlamentin ilk iclası bu gün baş tutub.

Qanunvericiliyə əsasən, N.Paşinyan 15 gün ərzində yeni hökuməti formalaşdırmalı və hökumət proqramını parlamentə təqdim etməlidir.

//Trend