backend

Türk model Bakıya gəlir:

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli gənc model Nur Korkmaz Azərbaycana səfərə hazırlaşır.

Ağlı olan mənimlə dostluq etməz”

Dünyanın onlarla ölkəsini gəzərək fotolar çəkdirən cazibədar modelin növbəti səfəri qarşıdakı aylarda Bakıya olacaq. Nur Korkmaz qeyd edib ki, o, Azərbaycana tanınmış sənətçi dostlarının dəvəti ilə gələcək:

“Mən qardaş ölkə Azərbaycanı çox sevirəm. Azərbaycandan çoxlu izləyicilərim var. Bakıda yaşayan dəyərli sənətçi və blogger dostlarımın dəvəti ilə sizin gözəl şəhərinizə səfərə gələcəm. Sosial mediada izləyicilərimin böyük əksəriyyəti səyahəti sevən gənclərdir. İstəyirəm ki, Bakının gözəlliyini əks etdirən çoxlu fotolar çəkdirim”. Siyasət ixtisası üzrə təhsil alan model bu sahəyə gəlişinin maraqlı tarixçəsindən də danışıb:

“Mən siyasət fakültəsindən məzunam. Lakin, 13 yaşımdan modelliyə, səyahət etməyə böyük maraq hiss edirəm. Məktəb illərində böyük və yaşıl olan gözlərimdən utanırdım, kompleks keçirirdim. Ancaq sonradan həyatımı dəyişdirən məhz gözlərim oldu”.

//axşam.az