ABŞ-da azərbaycanlı güllələndibackend

ABŞ-da azərbaycanlı güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da azərbaycanlı oğlan öldürülüb.

Editor.az Milli.Az-a istinadla xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində yaşayan 29 yaşlı azərbaycanlı qətlə yetirilib.

Telefon təmiri mağazasında işləyən Elçin Xəlilov həmin məkanda güllələnib. Polislər hadisə yerinə gələndə o, yaralı vəziyyətdə olub. E.Xəlilov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Cinayətlə bağlı araşdırma aparılır.