Nazir: “TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir”backend

Nazir: “TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması Yunanıstanın enerji sahəsində hökumətin əsas məqsədlərindən biridir.

Bunu Yunanıstanın ətraf mühit və energetika naziri Yorqos Statakis deyib.

Nazir bildirib ki, Yunanıstan hökumətinin qarşısında dayanan dörd məqsəd – Yunanıstanın qaz bazarının liberallaşdırılması və mökəmləndirilməsi; Yunanıstan bazarının TAP, Yunanıstan-Bolqarıstan interkonnektoru, “EastMed” kimi iri infrastruktur layihələrinin reallaşdırılması hesabına Balkan və Şərqi Aralıq dənizi bazarlarına qoşulması; ölkənin qaz təchizatı mənbələri və marşrutlarının möhkəmləndirilməsi; ölkənin təkcə tranzit qovşağı kimi, həm də mümkün qaz istehsalçısı kimi mövqelərinin güclənməsidir.

//Trend