İranda güclü qar və çovğun – 1800 nəfərə yardım edilibbackend

İranda güclü qar və çovğun – 1800 nəfərə yardım edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın 14 vilayətində güclü qar və çovğun baş verib. Dağlıq ərazilər və yollarda 1800 vətəndaşa köməklik göstərilib.

Bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, ötən 48 saat ərzində 14 vilayət – Həmədan, Mazandaran, Lorestan, Kürdüstan, Qəzvin, Simnan, Zəncan, Xuzistan, Çahar-Mahal və Bəxtiyari, Əlborz, İsfahan, Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətində güclü qar yağıb və çovğunlar baş verib.

Səlimi əlavə edib ki, çoxlu sayda vətəndaşa da müvəqqəti məkanlarda yerləşdirilib. 3 sərnişin xəsarət alıb və yaxınlıqdakı tibb məntəqəsinə yerləşdirilib. 275 avtomobil isə qardan çıxarılıb.

//Trend