Hakimi döyən futbolçu 1 illik cəza verildibackend

Hakimi döyən futbolçu 1 illik cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.

Bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçının 30-cu dəqiqəsində “Standard” klubunun 9 nömrəli futbolçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Oyunun 38-ci dəqiqəsində “Star Karqo” klubunun 4 №-li futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

//Milli.Az