“Zenit”in avtobusu Türkiyədə qəzaya uğradı – 2 nəfər yaralanıbbackend

“Zenit”in avtobusu Türkiyədə qəzaya uğradı – 2 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Zenit” klubunun kişi voleybolçulardan ibarət komandasının avtobusu Türkiyədə qəzaya uğrayıb.

Hadisə paytaxt Ankarada baş verib. Komandanın voleybolçularının yer aldığı avtobus başqa bir avtomobillə toqquşub. Avtobus daha sonra polis maşını və digər iki avtomobilə də ziyan vurub.

Hadisə nəticəsində 2 nəfər yaralanıb. Uzun müddət qəza yerində qalan “Zenit”in oyunçuları otelə piyada gediblər. Xəstəxanaya yerləşdirilənlərdən Mert K. adlı şəxs xəstəxanadan qaçıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

//report