Rusiyada zavodda partlayış: yaralılar var

14:23 | 16 Yanvar, 2019

Rusiyanın Leninqrad vilayətində “Poliplast” zavodunda partlayış baş verib.

hadisə nəticəsində azı 3 nəfər yaralanıb.

İlkin məlumatlara əsasən, zavodda yanacaq-sürtkü materiallarının olduğu çəllək partlayıb.

Partlayışdan sonra zavodda güclü yanğın baş verib. Yanğın ümumilikdə 50 kv.m ərazini əhatə edib.

Hazırda yanğın lokallaşdırılıb. Yanğına səbəb kimi texniki təhlükəsizlik qaydalarının pozulması göstərilir.

//Trend