Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu – VİDEO

15:25 | 16 Yanvar, 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünəndən bəri güclü küləklə bağlı yaydığı xəbərdarlıq öz təsdiqini tapdı. Belə ki, güclü külək artıq Xırdalanda öz fəsadlarını göstərməyə başlayıb.
Edirtor.az Baku.ws-ə iistinadən xəbər verir ki, Xırdalan sakinin saytımıza göndərdiyi videoda külək “Kristal Abşeron” tikinti şirkətinə məxsus 14 mərtəbəli binanın dam örtüyünün bir hissəsini yerindən qoparıb.
Qeyd edək ki, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.