Lavrov: “Rusiya, Azərbaycan və İran yeni üçtərəfli sammit hazırlayır”backend

Lavrov: “Rusiya, Azərbaycan və İran yeni üçtərəfli sammit hazırlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycan və İranla yeni üçtərəfli sammitin hazırlanması ilə məşğuldur.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

S.Lavrov qeyd edib: “Sizi əmin edirəm ki, Rusiya-İran-Azərbaycan sammiti baş tutacaq”.

Azərbaycanın da iştirakı ilə digər mümkün formatlara gəlincə, nazir vurğulayıb ki, bu barədə hələ danışıqlar aparılmayıb.

S.Lavrov bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər dayanıqlıdır və irəliləyir:

“Bizim iqtisadi qurumlarımız da sıx əməkdaşlıq edirlər. Ötən il Prezidentlər Vladimir Putin və İlham Əliyevin himayəsi ilə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bir çox rəsmi tədbirlər keçirilib, həmçinin Rusiyada çox populyar olan “Jara” festivalı kimi tədbirlər bizi bağlayır”.

O deyib ki, bu baxımdan ötən ili olduqca müsbət qiymətləndirərdi.

//Trend