Kabel televiziyalarında problem yaranıbbackend

Kabel televiziyalarında problem yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarından etibarən “ATV+” və “KATV – 1” kabel kanallarının efirində problem yaranıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, abunəçilər əksər kanallarının açılmadığını qeyd edirlər. Bu kanallar həm yerli, həm də xarici kanallardır.

Qafqazinfo məsələ ilə bağlı ATV+ kanalı ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, problemdən xəbərdardırlar: “Ola bilsin, hava şəraiti ilə əlaqədar Teleqüllənin işində problem yaranıb. Məsələ gün ərzində həll ediləcək”.