Güclü küləyin daha bir fəsadı: su çəni binanın damından avtomobilin üstünə düşdübackend

Güclü küləyin daha bir fəsadı: su çəni binanın damından avtomobilin üstünə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda müşahidə edilən güclü külək fəsadlar törədir.
Editor.az Publika-ya istinadən xəbər verir ki, bu gün güclü külək Yeni Günəşli qəsəbəsində 9 mərtəbəli binanın damında quraşdırılmış plastik su çənini yerə atıb. Küləyin təsiri nəticəsində yerindən oynayan su çəni daha sonra həyətə yuvarlanıb. Çən həyətdə park edilmiş “Mitsubishi Outlander” markalı minik avtomobilinin üstünə düşüb. Nəticədə avtomobil şüşələri qırılıb, ban hissəsi tamamilə əzilib.
Xoşbəxtlikdən hadisə vaxtı maşında heç kim olmayıb.