İstanbulda azərbaycanlı gənc rəasamın sərgisi açılıb-FOTOLARbackend

İstanbulda azərbaycanlı gənc rəasamın sərgisi açılıb-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist, həvəskar rəssam Vəfa Babayevanın rəsm sərgisi açılıb.

Jurnalistin “Hayatın Rəngləri” adını verdiyi və 50 yaxın əsərinin yer aldığı sərgi İstanbulda Altunuzadə Kültür Mərkəzində keçirlib. Vəfa Babayevanın yağlı boya ilə kətan üzərinə həkk etdiyi göz oxşayan rəsm əsərlərində müxtəlif fəsillərdə təbiətin rəng ahəngliyi əks olunub. Bundan başka sərgidə, rəssamın 3 D formatında əl işləmələri ilə hazırladığı rəsm kompozisiyaları və metal qələmlərlə yandırarak işlədiyi əsərlər yer alıb. Həvəskar rəssam Türkiyəninin peşəkar rəssamlarından dərs alan jurnalist rəssamlıq sənətinin bütün incəliklərini öyrənmək niyyətindədir. Sərgi yanvar ayının 18-nə qədər davam edəcək.

//Editor.az