Bakıda “Təbrik” şadlıq sarayında ofisiant müştərini bıçaqladı

11:43 | 18 Yanvar, 2019
Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən “Təbrik” şadlıq sarayında baş verib.
Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib.Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
///trend