Keçmiş ər-arvadın kirayə tutduqları evə qaçması ailələr arasında qan saldı  – TƏFƏRRÜATbackend

Keçmiş ər-arvadın kirayə tutduqları evə qaçması ailələr arasında qan saldı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Sabirabadda qadın keçmiş ərinə qoşulub qaçıb. Bu da hər iki tərəfin ailə üzvləri arasında kütləvi davaya səbəb olub və sonda bıçaqlanma ilə nəticələnib.
Hadisənin təfərrüatları ilə bağlı maraqlı faktlar əldə edilib.
Sabirabad RİHB-nın Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanmusa Həsənov Unikal.org-a bildirib ki, hadisəyə 31 yaşlı qadının keçmiş əri ilə barışması səbəb olub:
“Bizim kənddən olan Məmmədov Elvin Tofiq oğlu öz sinif yoldaşı olan 1988-ci il təvəllüdlü Abbasova Xəyalə Eldar qızı ilə ailə həyatı qurub. Onların birgə nigahdan 3 övladı dünyaya gəlib. Onların böyük qızı 7-ci, oğlu 4-cü, kiçik qızı isə 2-ci sinifdə oxuyurlar. Cütlük sonradan müəyyən səbəblərə görə ayrılmalı olublar. Bu zaman Xəyalə Abbasova qızlarını götürərək ata evinə gəlib. Elvin Məmmədov isə oğlunu özündə saxlayıb. Bir müddət sonra tərəflər yenidən barışmaq qərarına gəliblər. Ailələr buna razı olmadığı üçün onlar Şirvan şəhərində kirayə ev tutaraq ora qaçıblar. Bundan xəbər tutan qadının atası və qardaşı oğlanın ata evinə gediblər. Bu zaman Elvin Məmmədovun atası və əmisi ilə aralarında münaqişə yaranıb. Xoşagəlməz hadisənin sonunda keçmiş əri ilə qaçan gəlinin atası 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Heybət oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Məmmədov Rafiq Heybət oğlu bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Gəlinin atası və əmisi  bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla əməliyyat olunublar.
Hadisənin digər iştirakçıları – Qaragüney kənd sakinləri, 1950-ci il təvəllüdlü Abbasov Eldar Abbas oğlu və 1983-cü il təvəllüdlü Nağıyev Sənan Sabir oğlu da müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər”.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.