20 Yanvar xalqımızın qan yaddaşına əbədi həkk olunmuş azadlıq mübarizəsidirbackend

20 Yanvar xalqımızın qan yaddaşına əbədi həkk olunmuş azadlıq mübarizəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanı bizim hər birimizin qibləgahıdır.

Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən “”NM Group” Şirkətlər qrupunun həmtəsisçisi Nəzərbəy Hacıağayev müsahibəsində deyib.

O bildirib ki, hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın mərd oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu müqəddəs məkanı ziyarət edir. “Mən də digər gənclərimiz kimi hər il bu müqəddəs ünvana gəlməyi özümə borc bilirəm. Məhz ulu öndərimiz Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. Onun siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarlar qəbul edir. Allah şəhidlərimizə rəhmət eləsin”.

//AZƏRTAC