Polşada yaşayan azərbaycanlılar üçün Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıbbackend

Polşada yaşayan azərbaycanlılar üçün Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Azərbaycanlıları Birliyi 2019-cu ilə yeni və mühüm layihə ilə başlayır. Birliyin təşəbbüsü ilə Polşada yaşayan və təhsil alan azərbaycanlıların problemlərinin həllinə dəstək məqsədi ilə qurum daxilində Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb. Bu barədə məlumat verən birliyin sədri Cavid Yadigar Zeynalov qeyd edib ki, son illərdə Azərbaycandan Polşaya təhsil və işləmək məqsədi ilə gələnlərin sayında artım müşahidə olunur:

“Bu isə təbii ki, özü ilə bərabər müxtəlif problemlər də yaradır. Bakıda Polşaya iş və təhsil imkanı yaratmaq adı altında çalışan bir sıra şirkətlərin məsuliyyətsizlikləri üzündən həmvətənlilərimiz bu ölkəyə gələrək ciddi problemlərlə üz-üzə qalırlar. Hətta bəziləri qalmağa yer tapmadığı üçün şəhərin mərkəzində gecələməli olur. Bunlarla bağlı bizə mütəmadi olaraq müraciətlər daxil olur. Bütün bunları nəzərə alaraq, biz Məlumat və Hüquqi Yardım Mərkəzi yaratmaq qərarına gəldik”.

Polşa Azərbaycanlıları Birliyinin sədri qeyd edir ki, mərkəz daxilində “Qaynar Xətt” fəaliyyət göstərəcək. C.Zeynalov deyir ki, Polşaya iş və təhsil arxasınca gələnlər öncədən bu xidmətə müraciət etməklə hüquqi yardım ala, təhsil alacaqları və ya işləyəcəkləri müəssisə ilə bağlı məlaumatları dəqiqləşdirdə bilərlər: “Biz soydaşlarımıza tövsiyyə edirik ki, Polşaya gəlmədən öncə onlara vəd edilən iş və ya təhsil müəssisəsi ilə bağlı məlumatları dəqiqləşdirsin. Polşanın müvafiq qanunvericiliyi ilə tanış olsun. Biz diaspor təşkilatı olaraq, bu istiqamətdə həmvətənlilərimizə dəstək olmağa çalışacağıq. Ümumiyyətlə, Polşadakı azərbaycanlılar onları maraqlandıran və narahat edən bütün məsələlərlə bağlı Məlumat və Hüquqi Yardım Mərkəzinə müraciət edə bilərlər”.

Qeyd edək ki, Məlumat və Hüquqi Yardım Mərkəzinin “Qaynar-Xətt” telefonu və ünvanı aşağıdakı kimidir:

Telefon: +48722 789 789 (Whatsapp)
Ünvan: Aleja stanow zjednoczonych 6 , 04-028; Polşa, Varşava