Babək prospektində yol niyə çöküb – RƏSMİ CAVABbackend

Babək prospektində yol niyə çöküb – RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir müdət idi ki, Babək prospektində çökmə yox, asfalt örtüyünün qabarması halı müşahidə olunurdu. Bu vəziyyət, sadəcə, yolda yox, səkidə və səkidən kənar hissələrdə də var idi.

Bu sözləri Azərbaycan Dövlət Avtomobil Yollarının sözçüsü Anar Nəcəfli qafqazinfo-ya açıqlamasında bildirib. O qeyd edib ki, əraziyə texniklər cəlb olunub və araşdırma aparılıb:

“Aydın oldu ki, bu yol əvvəllər neft tullantılarının ərazisi olub. Yol həmin neft tullantılarının üzərindən çəkildiyinə görə, kiçikhəcmli bir problem yaşanıb. Yəni yolun yeni təmir olunmasının buna heç bir aidiyyəti yoxdur. Bu qabarmalar yolun kənarlarında da müşahidə olunur. Cəmi 2-3 kvadrat metrlik ərazidə bu hal yaşanıb və həmin ərazi qaşınaraq yenidən bərpa olunur.

Bu səbəbdən yolun 200 metrlik hissəsi bağlanıb. Avtonəqliyyat vasitələrinin hərəkəti yardımçı yol vasitəsi ilə təmin edilib”.

Mətbuat katibinin sözlərinə görə, yolda təmir işləri axşam saatlarına kimi başa çatacaq.

Bakıda yeni əsaslı təmirdən çıxan prospektdə yol çöküb.

Babək prospektinin “Monte Karlo” restoranı yaxınlığındakı hissəsində asfalt örtüyü təxminən 100 metr məsafədə çöküb və çuxur yaranıb.

Hazırda yol həmin hissədə maşınların hərəkəti üçün bağlanıb. Asfaltın həmin hissəsində üst örtüyü qaşınıb və bərkitmə işləri aparılıb. Bu gün axşam saatlarına kimi yolun istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, prospekt dekabrın 10-da sürücülərin istifadəsinə verilib.

//qafqazinfo