Rusiyada bananlar arasında 50 kiloqram narkotik tapıldı

16:53 | 21 Yanvar, 2019

Rusiyanın Sankt-Peterburq şəhərində gömrük polisi tərəfindən keçirilmiş axtarış nəticəsində bananların arasında 50 kiloqram narkotik vasitə tapılıb.

47 bağlamaya bükülmüş kokain maddəsi soyuducu konteynerin örtüyünün altında aşkar edilib.

Qeyd olunur ki, banan konteynerləri Rusiyaya Ekvadordan gətirilib.

Hazırda məhsulun kimə məxsus olduğu araşdırılır.

//Trend