Tofiq Heydərov: “Zirvəyə gedən yol hər zaman çətinliklərdən keçir”backend

Tofiq Heydərov: “Zirvəyə gedən yol hər zaman çətinliklərdən keçir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zirvə” BİK-in prezidenti Tofiq Heydərov rəhbərlik etdiyi idman ocağındakı klubların inkişaf etməsində əməyi olan məşqçi və idmançılara təşəkkürünü bildirib: “İdman klubumuzun inkişafında idmançılar qədər məşqçilərin də rolu danılmazdır. Onlardan Mikayıl Abbasov, Mirsəyad Əbilov, İsmayıl Tahirov kimi ilk məşqçilərimizdən başlayaraq bütün məşqçi heyətimizə və idmançılarımıza minnətdarlığımı bildirirəm. Əlbətdə, bu yolda məşçi və idmançılarımıza qarşı çoxlu haqsızlıqlar baş verir. Şəxsi məşqçim Mikayıl Abbasov mən Bakıya köçən zaman mənə belə demişdi: “Bakıda olarkən güclü olduğuna görə sənə qarşı haqsızlıqlar olacaq. Heç bir zaman cavab qaytarmaqla bu insanlara qarşı müqavimət göstərməyə çalışma. Əgər cavab vermək istəyirsənsə məşqlərində və yarışlarda nəticəni 5 kq artırmaqla onlara cavab ver”.

Tofiq Heydərov bildirib ki, Olimpiya çempionu olmaq arzum məhz bu sözlərə qulaq asmadığıma görə baş tutmadı. “Amma bu gün bu məsləhəti klublarımızın fəaliyyəti zaman həyata keçirməyə çalışıram. Haqsızlıqla qarşılaşan bütün məşqçi və idmançılarımıza bu tərzdə nəticələrlə cavab verməyi məsləhət edirəm. Zirvəyə gedən yol hər zaman çətinliklərdən keçir. Əlbətdə hər çətinlikdən sonra uğurlar əldə edilir. Hamıya bu şərəfli yolda uğurlar arzulayıram”,-deyə Tofiq Heydərov bildirib.