backend

“Atamın oğlu da olsa, söyüşü bağışlamıram”- Fransada təhsil aldı, Bakıda adam öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada təhsil alan şəxsin Bakıda qatil olmasının səbəbi suqzıdırıcısı alarkən satıcı ilə mübahisə etməsi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə, dələduzluqda, soyğunçuluqda və əmlakı qəsdən məhv etməkdə təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Z.Məmmədov Bakıda apteklərdən birinə daxil olaraq Tərlan Aslanovun etibarından sui-istifadə edərək mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmayıb və aptekdən çıxaraq oradan uzaqlaşıb.
Bundan başqa o, Firudun Hüseynovdan su qızdırıcısı almaq üçün razılaşıblar. Evdə qızdırıcını alan zaman aralarında mübahisə yaranıb. Bu zaman Z.Məmmədov qızdırıcının üstündəki dəmir parçasını götürərək F.Hüseynovun başından bir neçə zərbə vurub. F.Hüseynov oradaca ölüb. Z.Məmmədov onun əlindən yerə düşən 100 manatı götürərək evdən çıxıb.
Z.Məmmədov digər cinayət əməlində Bakı sakini Anar Kərimovun 1200 manatlıq əmlakını soyğunçuluq yolu ilə talayıb.
İttihama münasibət bildirən Z.Məmmədov özünü qismən təqsirli bildiyini deyib. Soyğunçuluq etmədiyini deyən Z.Məmmədov qətlə yetirdiyi şəxsin ona borclu olduğunu deyib:
“Rəhmətliyin mənə borcu var idi, 100 manatı da ona görə ölmədən əvvəl mənə vermişdi. Pul yerə düşməmişdi. Dələduzluq etmişəm, adam öldürmüşəm, amma soyğunçuluq etməmişəm. Rəhmətlik söyüş söydü, ona görə vurdum. Mən söyüşü bağışlamıram, atamın oğlu da olsa”.
Məhkəmədə mərhumun hüquqi varisi, F.Hüseynovun qardaşı Fazil Hüseynov da ifadə verib.
O deyib ki, qardaşının meyiti özü tapıb:
“Ona zəng etdim cavab vermədi. Bacım və bacım oğlu ilə evinə getdik. Mənzilin qapısı bağlı idi. Bacım oğlunda açar var idi, onunla qapını açdı, içəri girib evdə meyiti gördük”.
Prosesind davamında şahidlər – mərhumun bacısı Nəzakət Xanzanova, onun iki oğlu eyniu məzmunlu ifadə verərərk istintaqa ifadələrini təsdiq ediblər.
N.Xanzanova qardaşının işi ilə bağlı danışarkən deyib ki, mərhum məişət avadanlıqlarının təmiri ilə məşğul olub və düzəltdiklərini avadanlıqları satıb. Z.Məmmədov da onun müştərisi olub.
Z.Məmmədovun qardaşı Kamran Məmmədov isə ifadə verərək hadisə zamanı binanın qarşısında olduğunu deyib.
“Qardaşımı gözləyirdim. Mən heç nəyin şahidi olmamışam. Sadəcə maşında oturub Zakiri gözləyirdim. O bloka girib yuxarı qalxdı. Mən qara “Mercedes” olan taksidə gözləyirdim. Sonra sakitcə düşüb gəldi. Üstündə qan yox idi, həyəcanlı da deyildi. Mənə də heç nə demədi”- deyə şahid bildirib.
Növbəti məhkəmə iclası iyunun 30-na təyin edilib.
Qeyd edək ki, qətli törədən 1984-cü il təvəllüdlü Zakir Məmmədov Fransanın Strasburq şəhərində ali təhsil alıb. Onun bir övladı var. Qətl hadisəsi 2017-ci il fevralın 5-də baş verib. 64 yaşlı Firuddin Hüseynovun Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində meyiti tapılıb. Qətl hadisəsindən əvvəl Z.Məmmədov dələduzluq etdiyi üçün axtarışda olub.
Musavat.com