“Alışanovun dövründə deyil, bir neçə gün qabaq ərizə yazmışam” – AzTV-dən gedən rəis

14:26 | 23 Yanvar, 2019

AzTV-dən öz ərizəmlə çıxmışam. Kimsə məni işimdən çıxarmayıb. Alışanovun dövründə deyil, bir neçə gün bundan qabaq ərizə yazmışam.

Bunu açıqlamasında AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi Şahrza Əliyev deyib.

Ş.Əliyev bildirib ki, onun fəaliyyətiylə bağlı audit yoxlamalarının aparıldığı barədə xəbərlər doğru deyil: “Bircə onu deyə bilərəm ki, heç bir audit yoxlamaları aparılmır”.

Şahrza Əliyev gələcək fəaliyyətindən də söz açıb: “Bir müddət təhsil sahəsində çalışmışam. Təbii ki, bizə ehtiyac olacağı təqdirdə yenidən təhsil sahəsinə qayıtmağımız mümkün ola bilər. İxtisasca iqtisadçıyam. Harada olsa, özümə iş tapmaq gücünə malikəm. O qədər özəl şirkətlər var ki!.. İqtisadçılara həmişə ehtiyac var. Ona görə də işdən çıxmağımla bağlı heç bir problem yoxdur”.

//modern.az