Nəsimidə 2018-in yekunları müzakirə edilib – Fotolarbackend

Nəsimidə 2018-in yekunları müzakirə edilib – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Avropa otelində keçirilən, 2018-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Editor.az xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov bildirib ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində bir sıra abadlıq, quruculuq və yenidənqurma işləri aparılıb.
Ərazidə mühüm əhəmiyyətə malik olan obyektlərdən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xəttində B-3 stansiyası və Akademik Həsən Əliyev küçəsində sökülmüş Dövlət İmtahan Mərkəzinin inzibati binasının yerində yeni binanın tikintisi işi davam etdirilir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq, 2018-ci il fevral ayının 15-dən 5 saylı poliklinikada əhalinin tibbi müayinədən keçirilməsi həyata keçirilib.
Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublikamızın gözəl guşələrindən olan Quba və Şəki şəhərlərində rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərində 200-dən çox şagirdin istirahəti təşkil olunub.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.