DEPUTATIN 29 YAŞLI OĞLU DÜNYASINI DƏYİŞDİ – İsveçrədə xizək sürərkən yıxılıb…

23:07 | 23 Yanvar, 2019

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

Deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!

//Editor.az