Villası əlindən alınan deputatın “vurulma” səbəbi: Oğlunu Elman Rüstəmovun vəzifəsində GÖRMƏK İSTƏYİBbackend

Villası əlindən alınan deputatın “vurulma” səbəbi: Oğlunu Elman Rüstəmovun vəzifəsində GÖRMƏK İSTƏYİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasının bir müddət əvvəl əlindən alınması ilə bağlı yeni iddialar ortaya çıxıb.
Deputatın Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsində olan oğlu Fəxri Kazımov Mərkəzi Bankın İdarə Heyətinin sədri getmək istəyir.
Hətta, oğlunun bu vəzifəyə təyin edilməsi üçün deputat Xanhüseyn Kazımlının bir neçə yüksək vəzifəli şəxslərdən xahiş etdiyi iddia olunur.
Картинки по запросу Fəxri Kazımov
Məlumata görə, deputatın oğlu ilə bağlı bu cür xahişləri barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova xəbər verilib. Bundan sonra Elman Rüstəmovun da deputata qarşı hərəkətə keçdiyi iddia olunur.
Sözügedən iddialarla bağlı mövqe öyrənmək üçün deputat Xanhüseyn Kazımlının mobil telefonuna bir neçə dəfə zəng etsək də, millət vəkilinin telefonu bağlı olub.
//Demokrat.az