““Kurikulum” sözünü deyəndə az qalır ağzım əyilsin” – Deputatbackend

““Kurikulum” sözünü deyəndə az qalır ağzım əyilsin” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Kurikulum” sözünü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm”.
Editor.az-ın Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Ağacan Əbiyev parlamentdə çıxışında deyib. O qeyd edib ki, bu sözü düz-əməlli də deyə bilmirik, deyəndə də az qalır ağzımız əyilsin: “Bu məsələ təhsildə xaos yaradır. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər,desinlər? Bu, xaosdur, “şum”dur…Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.