Səbail rayon 2 nömrəli liseydə maraqlı tədbir keçirilib – “Dünya ölkələrinə səyahət”backend

Səbail rayon 2 nömrəli liseydə maraqlı tədbir keçirilib – “Dünya ölkələrinə səyahət”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyində coğrafiya aylığı çərçivəsində liseyin coğrafiya müəllimləri Hüseynli Şərafət, Lələyeva Arifət və Mütəllibova Günel tərəfindən “Dünya ölkələrinə səyahət” adlı tədbir keçirildi. Tədbirdə liseyin direktoru Bəkir Mustafayev, tədris işləri üzrə direktor müavini (DHM) Nuranə Şıxəliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Tahirzadə, təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Abbasova və sinif şagirdləri iştirak etdi. Tədbirdə dünya ölkələri haqqında xüsusi məlumatları tərənnüm edən slayd təqdim olundu. Coğrafiya fənninə məxsus dünya alimlərinin aforizmləri şagirdlər tərəfindən obrazlaşmış şəkildə səsləndirildi. Şagirdlər bəzi ölkələrə aid rəqslə çıxış etdilər.
Tədbir sonunda liseyin direktoru Bəkir Mustafayev çox yüksək səviyyədə təşkil olunmuş tədbirə görə hər kəsə dərin təşəkkürünü bildirdi.