Fərid Şahbazlı Gürcüstanın “Rustavi 2” televiziyasına danışdı: “Bu hadisə xalqımızı dərindən hiddətləndirib”backend

Fərid Şahbazlı Gürcüstanın “Rustavi 2” televiziyasına danışdı: “Bu hadisə xalqımızı dərindən hiddətləndirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak etmiş Mikail Avakyana büstün qoyulması Azərbaycanda böyük təpki ilə qarşılanıb. Artıq Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilib. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir.

Məsələ ilə bağlı Gürcüstanda bir sıra tədbirlərə təşkilatçılıq edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bu ölkənin “Rustavi 2” televiziyasının suallarını cavablandırıb. O, kanala müsahibəsində qeyd edib ki, erməni qatilə Gürcüstanda büst qoyulması Azərbaycanla-Gürcüstan arasında tarixi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna adekvat addım deyil: “Artıq Azərbaycan XİN məsələ ilə bağlı məlumat yayaraq, müvafiq addımlar atmağa başlayıb. Bu hadisə Azərbaycan ictimaiyyətinin də ciddi narazılığına və narahatçılığına səbəb olub. Çünki, Azərbaycanla Gürcüstan bütün platformalarda bir-birini yaxından dəstəkləyir. Gürcüstan Azərbaycanın böyük yatırımlar etdiyi ölkələr sırasında ilk yerlərdə gəlir. Bütün bunların fonunda, Azərbaycanda Ümümxalq Hüzn Günü kimi anılan  20 yanvar tarixində əli günahsız azərbaycanlıların qanına batan qatilin Gürcüstanda büstünün açılışının keçirilməsi xalqımızı dərindən hiddətləndirib. Baş verən bu hadisə ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərini zədələməyə yönələn bir addımdır”.

Qeyd edək ki, F.Şahbazlı ilə yanaşı, millət vəkilləri Adil Əliyev, Rasim Musabəyov, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili də mövzu ilə bağlı etirazlarını bildiriblər.

საქართველო და აზერბაიჯანი დიპლომატიური სკანდალის ზღვარზე – ყარაბაღის ომის მონაწილეს ახალქალაქში ძეგლი დაუდგეს.დეტალური ინფორმაციის სანახავად გადადით ბმულზე: http://rustavi2.ge/ka/news/124170

Опубликовано Rustavi 2 Четверг, 24 января 2019 г.