Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Təranə Səmədova bəraət istəyirbackend

Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Təranə Səmədova bəraət istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova bəraət olunmasını istəyir. 
Ali Məhkəməyə müraciət edən prodüser barəsində olan hökmdən kassasiya şikayəti verərək bəraət hökmü tələb edir.
Kassasiya şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi məhkəməsi isə onun şikayətini təmin etməyib.
///report