Nazir: “Çexiya Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıdır”backend

Nazir: “Çexiya Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya kənd təsərrüfatı, kimya və emal sənayesi, maşınqayırma, informasiya texnologiyaları kimi sahələrdə, həmçinin xidmət, o cümlədən nəqliyyat, logistika və turizm sektorlarında Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıdır.

Bunu müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Marta Novakova deyib.

Nazir bildirib ki, birgə müəssisələrin yaradılması biznes səviyyəsində tərəfdaşlıq baxımından cəlbedici istiqamətlərindən biridir: “Biz yerli sahibkarlarla diskussiyalarımızda bu məsələyə toxunmaq istəyirik”.

Xanım M.Novakova vurğulayıb ki, nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, avtomobil və dəmir yolları şəbəkəsinin yenidən qurulmasına yönəlmiş yeni layihələr böyük imkanlar təqdim edir.

Digər mümkün əməkdaşlıq istiqamətlərinə gəlincə, nazir dərman preparatlarının tədarükü, elektrotexnika, məişət elektronikası və ekoloji texnologiyaları misal çəkib:

“Bərpa olunan enerji mənbələri sahəsində gələcək əməkdaşlıq üçün böyük potensial mövcuddur. Çexiya şirkətlərinin texnologiyaları külək və su enerjisi sahələrində yaxşı tətbiq oluna bilər”.

O bildirib ki, Azərbaycanda təmizləyici qurğuların, su təmizləyici stansiyaların tikintisinə, çirkab suların təmizlənməsinə diqqət yetirilir.

M.Novakova deyib ki, ölkələr arasında bir çox sektorlar üzrə əməkdaşlıqda potensial tam istifadə olunmur: “Əsas vəzifə energetika sektorunda əməkdaşlığı dəstəkləmək və biznesi şaxələndirmək üçün digər sahələri inkişaf etdirməkdən ibarətdir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Çexiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 1,04 milyard dollar təşkil edib. Azərbaycan məhsullarının ixracının payına 938,4 milyon dollar düşüb. 2017-ci illə müqayisədə ölkələr arasında əmtəə dövriyyəsi 36,5 faiz, Azərbaycan məhsullarının ixracı isə təqribən iki dəfə artıb.

//Trend