Medvedev erməni həmkarının xahişi ilə onu qəbul edibbackend

Medvedev erməni həmkarının xahişi ilə onu qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş naziri Dmitri Medvedev Moskvada işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Yerevan rəsmisinin xahişi ilə görüşüb.

Bu məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Rusiya-Ermənistan iqtisadi-ticarət əməkdaşlığa və qarşlıqlı münasibətlərə dair başqa aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin iş qrafikində Nikol Paşinyanla görüş nəzərdə tutulmayıb.

Xatıladaq ki, yanvarın 25-də Nikol Paşinyan Rusiyaya birgünlük işgüzar səfər edib.

//report