backend

Ərinin əl-ayağını bağlayan 5 kişi qadını zorladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ankaraya gizli yollarla daxil olan iranlı ər-arvadı kömək vədi ilə aldadıb döydükdən sonra gənc qadını zorlayan Əfqanıstan əsilli şübhəlilər həbs olunublar.
Təxminən 10 ay əvvəl ölkəyə qaçaq yollarla girən İran əsilli A.K. (26) Kütahya rayonunda dərzilik və tikinti işləriylə məşğul olmağa başlayıb. İranda yaşayan həyat yoldaşı E.H-nin (20) də Türkiyəyə gəlməyini istəyən A.K həyat yoldaşının qaçaq yollarla Vandan avtobusla Ankaraya gəlməyi üçün kömək edib.
Yoldaşını qarşılayan A.K. onunla yenidən Kütahyaya dönmək istəsə də, vəsiqələri olmadığı üçün avtobus bileti ala bilməyiblər. Ankarada qalacaq bir yer axtaran ər-arvad İrandan tanıdıqları Əfqanıstan əsilli iki şəxslə qarşılaşıb. A.K. və həyat yoldaşına Ankarada uyğun bir otel taparaq kömək ola biləcəyini bildirən şübhəlilər ər-arvadı Aktepedə bir gecəqonduya aparıblar.
Lakin ər-arvad gecəqonduda qalmaq istəməyib. Belə olduqda A.K.-nı yanlarındakı üç adamın köməyi ilə bibər qazı vasitəsilə təsirsiz hala gətirən Majid E. və Kheirallah onu kürsüyə bağlayıblar.
Evdə bir başqa otağa aparılan və boynuna bıçaq söykənərək əlləri bağlanan E.H. beş şübhəlinin dəfələrlə təcavüzünə məruz qalıb. Şübhəlilər ər-arvada aid 800 dollar, 1 400 lirə və 3 mobil telefonu götürüblər. Bir müddət sonra E.H-nin əllərini açan şübhəlilər hadisə yerindən ayrılıblar. E.H. və bıçaqla burnundan yaralanan əri A.K. evdən çıxaraq ən yaxındakı polis bölməsinə üz tutublar.
Hadisə ilə əlaqədar istintaq başladan Ankara Təhlükəsizlik İdarəsinin əməkdaşları həyata keçirilən təxirəsalınmaz əməliyyatdan sonra – 11 iyunda Majid E.-ni Ankarada, Xeirallah B. -ni isə hadisədən sonra qaçdıqları Ərzincanda tutublar.
Şəxsiyyətləri müəyyən edilməyən digər üç şübhəlinin isə saxlanılması üçün istintaqın davam etdiyi deyilir.
///Milli.Az