Fransa DİN rəhbəri “sarı jiletlər”in növbəti etiraz aksiyaları zamanı zorakılığı pisləyibbackend

Fransa DİN rəhbəri “sarı jiletlər”in növbəti etiraz aksiyaları zamanı zorakılığı pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın DİN rəhbəri Kristof Kastaner “sarı jiletlər” hərəkatının 11-ci etiraz aksiyasında baş verən zorakılığı pisləyib.

Bu barədə daxili işlər naziri K.Kastaner öz “Twitter” səhifəsində yazıb.

K.Kastaner deyib: “Mən “sarı jiletlər” altında gizlənən xuliqanlar tərəfindən Parisdə və əyalətlərdə yerindən törədilən zorakılığı və dağıntıları ən qəti şəkildə pisləyirəm”.

Qeyd edək ki, Fransada “sarı jiletlər” hərəkatının ötən gün keçirilən 11-ci etiraz aksiyasında azı 69 min insan iştirak edib. Etiraz aksiyaları zamanı paytaxt Parisdə 52 nəfər saxlanılıb.

//Trend