Azay Quliyev: “Allah eləməsin, bu hadisə Azərbaycanda olsaydı…”backend

Azay Quliyev: “Allah eləməsin, bu hadisə Azərbaycanda olsaydı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda partiya sədrinin müavini Mqer Yeqizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb.

Qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib.

İnsan hüquqları carçıları yenə də Ermənistanı görəndə gözlərini qapayıblar.

ATƏT PA-nın vitse prezidenti, millət vəkili Azay Quliyev tviter hesabında bu hadisəyə özünəməxsus tərzdə münasibət bildirib: “Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz”.

Ümid edək ki, heç olmasa Azay Quliyevin bu mesajından sonra beynəlxalq təşkilatlar Ermənistanda baş verən belə bir dəhşətli hadisəni pisləyərək müvafiq qətnamə qəbul edəcəklər.

Musavat.com

      //musavat.com