backend

Vüsal Quliyev: "O torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq ictimai forum keçirilib.
Editor.az-ın məlumatına görə, forumda Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin əməkdaşları, xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, KİV və QHT rəhbərləri, ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən və Xocalı soyqırımından danışıb.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Bu, Azərbaycanın xarici siyasətinin prioritetidir”.
Keçən ilin aprel döyüşlərində Azərbaycan ordusunun uğurlarından söz açan V. Quliyev qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini vurğulayıb: “Dövlət başçısı bildirib ki, Göyçə, Zəngəzur tarixi torpaqlarımızdır. Gənc nəsil bilməlidir ki, o torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq. Biz Qarabağa, İrəvana, Göyçə mahalına mütləq qayıdacağıq”.
Vüsal Quliyev bildirib ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” yaratmaq iddiaları ilə xalqımıza qarşı terrorçuluq, təcavüz, etnik təmizləmə siyasəti həyata keçirib.
V.Quliyev vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və yeddi ətraf rayon 25 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır və bütün bu ərazilər ermənilər tərəfindn etnik təmizlməyə məruz qalıb, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:
“Xocalı soyqırımı isə Ermənistanın Azərbaycan xalqına qarşı bu təcavüzünün ən qanlı və yaddaşlardan silinmyəyən səhifəsidir. Xocalıda insanlar vəhşicəsinə qətlə yetirildi, şəhər yer üzündən silindi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələr ölkəmizin beynəlxalq aləmdə mövqeyinin təsdiqlənməsi və möhkəmlənməsi üçün əsasdır”.
V.Quliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycan güclü dövlətə çevrilib:
“Azərbaycan çox böyük uğurlara imza atıb, güclü ordumuz var. Prezident İlham Əliyev Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcəyini bildirib. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, aprel döyüşləri də Azərbaycanın gücünü göstərdi. O torpaqlar bizimdir və biz o torpaqlara qayıdacağıq”.