“Qalatasaray” “Spartak”ın hücumçusunu istəyir – 7,5 milyon avroluq təklif göndərilibbackend

“Qalatasaray” “Spartak”ın hücumçusunu istəyir – 7,5 milyon avroluq təklif göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Transfer pəncərəsinin bağlanmağına 3 gün qalsa da, “Qalatasaray” hələ də heyətinə hücumçu cəlb etməyib.

İstanbul təmsilçisi bir neçə futbolçu ilə danışıqlar aparır. Onlardan biri Rusiyanın “Spartak” klubunun forvardı Ze Luisdir.

“Cim bom” Kape Verde millisinin futbolçusu üçün Moskava klubuna 7,5 milyon avroluq rəsmi təklif göndərib. “Spartak” rəhbərliyi bu təklifi qəbul etsə, 28 yaşlı forvard “Qalatasaray”a keçəcək.

Qeyd edək ki. Ze Luis “Spartak”a 2015-ci ildə “Braqa”dan 3 milyon avroya transfer olub. O, Rusiya təmsilçisinin heyətində meydana çıxdığı 77 oyunda 22 qol vurub.

//Milli.Az