Şəhid ailəsinin üzvü: “Prezident İlham Əliyev bu gün bir daha şəhid ailələrinin problemlərini diqqətdə saxladığını göstərdi”backend

Şəhid ailəsinin üzvü: “Prezident İlham Əliyev bu gün bir daha şəhid ailələrinin problemlərini diqqətdə saxladığını göstərdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşıb”.

Bunu açıqlamasında şəhid ailəsinin üzvü Sevinc Lalayeva deyib.

Onun sözlərinə görə, dövlət başçısı bu gün şəhid ailələri ilə görüşməklə bir daha həmin ailələrin problemlərini diqqətdə saxladığını göstərdi:

“Bu gün mən də digər şəhid ailələri kimi görüşdə idim. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya xüsusi təşəkkürümü bildirdim. Görüş zamanı problemlərimizlə şəxsən maraqlandılar. Bir daha cənab Prezidentə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.

S.Lalayeva şəhid ailələrinə verilən birdəfəlik müavinəti aldığını da bildirib: “Həmin prosesdə də heç bir problemlə qarşılaşmamışam. İnanıram ki, dövlətimiz və Prezidentimiz bizi həmişə diqqətdə saxlayacaq”.

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

//Trend