Ərinin öldüyünü düşünüb qardaşına ərə getdi – 1 il sonra evinə qayıdan kişi… – VİDEObackend

Ərinin öldüyünü düşünüb qardaşına ərə getdi – 1 il sonra evinə qayıdan kişi… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV-nin ən çox izlənilən proqramı “Tatlı Sert”ə Mehmet Selim Kaymazın həyat hekayəsi damğa vurub.

38 yaşlı Mehmet Selim Kaymaz həyat hekayəsi ilə izləyənləri heyrətləndirib.

Mehmet Selim Kaymazın Mardində evli və iki uşaq atası olan atası Ahmet Kaymaz 1983-cü ildə işləmək üçün Livana gedib. İsrail-Livan müharibəsi zamanı baş verən bir bombalı hücumda onun öldüyü düşünülüb.

1 il boyunca ailəsi ondan heç bir xəbər ala bilməyincə arvadı Nazife ilə kiçik qardaşı Hasan evləndirilib. İllər sonra Türkiyəyə doğmalarının yanına qayıdanda arvadı və doğma qardaşının ailə qurduğunu görüncə geri qayıdıb.

Mehmet Selim Kaymazın dediyinə görə, 20 gün əvvəl ona gələn bir xəbərlə atasının yaşadığını bilib. Ata Ahmet Kaymazı görənlər oğlu Mehmetə “Atan bombalı hücum zamanı yaralandı. 1 il müalicə olunub. Kəndə qayıdanda ananın qardaşı ilə ailə qurduğunu və uşaqlarının olduğunu görüncə İraqa qayıdıb. Orada yenidən ailə həyat qurdu” deyiblər.

Atasını tanımadığını və onu qucaqlamaq istədiyini deyən Mehmet Selim Kaymaz, Müge Anlıdan atasının tapılması üçün kömək istəyib.

//Milli.Az