Rəhman Hacıyev: Erməni cəmiyyəti hələ kompromislərə hazır deyil – VİDEObackend

Rəhman Hacıyev: Erməni cəmiyyəti hələ kompromislərə hazır deyil – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1news.az-ın baş redaktoru Rəhman Hacıyev СВС telekanalında yayımlanan “Bu gün aktual” (“Aktualno seqodnya”) verilişində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində görüşünə həsr olunmuş proqamının qonağı olub. Verilişdə erməni tərəfinin bu görüşə və Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətə reaksiyası da müzakirə olunub.

R.Hacıyev ermənilərlə tarixi münasibətləri və medianın iki ölkə rəhbərlərinin ötəndəfəki görüşünü şərh edərkən qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hələ hazır deyil:

“Buna nəinki ictimai fikrə təsir edən hansısa qüvvələr, hətta cəmiyyət də hazır deyil. Bildiyimiz kimi, uzun illərdir ki, erməni cəmiyyətində status-kvonun saxlanılmasının vacibliyi dəstəklənib və Ermənistanda ictimai fikrin dəyişdirilməsinə nail olmaq sahəsində hər hansı bir işlər görülməyib. Demək olar ki, Ermənistan cəmiyyəti hər hansı güzəştlərə hazır deyil”.

Bununla yanaşı o, vurğulayıb ki, Ermənistanın indiki baş naziri N.Paşinyan ölkənin keçmiş siyasi elitasının nümayəndələri tərəfindən sabitləşmiş vəziyyətə təhlükə kimi baxır:

“Buna görə də Azərbaycan Prezidenti ilə görüşü onlar dramatikləşdirir, təzyiqləri artırır, onlar üçün istənilən status-kvo ilk növbədə şəxsi maraqlarına zərbədir. Sirr deyil ki, Sarkisyan və Koçaryan simasında Ermənistan hökuməti, eləcə də Qarabağ klanına yaxın şəxslər bu münaqişədən mənfəət əldə edərək çoxlu pullar qazandı”.

Hacıyevin sözlərinə görə, Ermənistan hökuməti hər zaman anlayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyi dəyişməz olaraq qalacaq:

“Qarabağ münaqişəsi onların hakimiyyətə gəlmək səbəbləridir. Qarabağ münaqişəsi dalğasında Ter-Petrosyan hakimiyyətə gəldi və onların fikrincə Qarabağı qaytarmağa hazır idi. Bu cür çağırışlar bu gün də Paşinyanın ünvanın səsləndirilir.

Qarabağın zəngin təbii ehtiyatları var. Orada qızıl, mis yataqları ilə yanaşı, meşələr də var. Və hakimiyyətə gələnlər bütün bu faydalı qazıntıları sovurmaqla kapital əldə edib. Bütün bunları əldə edən şəxs özxoşuna qaytarar?”

Hacıyevin fikrincə, əgər münaqişə bu gün həll olunarsa hər şeyin üzə çıxmaq riski var:

“Onilliklər boyu Avropa təşkilatlatı Ermənistanda demokratiya haqqında yazaraq, seçkilərdən hesabatlar hazırlayıb. Lakin erməni xalqı əksini göstərdi ki, bütün bunlar saxta idi. Bu gün Ermənistanın keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb”.

Həmçinin baş redaktor Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda görüşündən əvvəl sabiq prezident L.Ter-Petrosyanla telefon danışığı ilə bağlı erməni mətbuatının xəbərlərini də şərh edib:

“Ter-Petrosyan erməni siyasətçiləri arasında daha çox adekvat biri olaraq yaddaşımda qalıb. Xatrlayıram ki, məqaləsinin birində o, güzəşt olmadan münaqişənin həlli mümkün deyil qeyd etmişdi. Ən əsası, o bilir ki, zaman Ermənistanın əskinə çalışır. Bu gün hakimiyyətdə olan şəxs ona hörmət edən biridir. Düşünürəm ki, Paşinyan Ter-Petrosyana qulaq asacaq. Zaman göstərdi ki, özünə inanaraq, Rusiyaya güvənərək və İranla hansısa iqtisadi əlaqələrlə sahib olmaqla, uzun müddət güclü qonşuları ilə təcrid vəziyyətində yaşaması Ermənistana xeyir gətirmədi”.

Həmçinin R.Hacıyev Dağlıq Qarabağda diasporanın rolu məsələsinə də toxunaraq qeyd etdi ki, onlar hər zaman aqressiv mövqedə olublar:

“Füşünürəm ki, Qərbdə yaşayan erməni diasoprasının Qarabağ prosesi yadına da düşmür. Son zamanlar Moskva ilə Bakının yaxınlaşmasında narahat olan Rusiya diasporasından dah çox hansısa fəallıq gözləmək mümkündür”.

Həmçinin verilişdə hər iki tərəfindən icmalarının sülh şəraitində birgə yaşayışa hazırlığı məsələləri də müzakirə olunub:

“Vəziyyət ikilidir. Bəzi qüvvələr bunları Ermənstanda öz maraqlarına doğru istifadə edir. Buna görə də qarışıqlıq davam edir. Ermənilər uzun illərdir ki, Azərbaycanla sülhə deyil, düşmənçiliyə hazırlaşıb”, – deyə ekspert qeyd edib.

Lakin Hacıyev qeyd etdi ki, Ermənistanda ötən əsrin 90-cı illərindəki vəziyyət hiss olunmur və baş nazir Paşinyanın kifayət qədər iradəsi və istəyi varsa gələcəkdə Ermənistanın ictimaiyyətində bu məsələdə bəzi dəyişikliklər edilə bilər:

“Hazırda Azərbaycan dövlət sərhədlərinin müzakirə olunmaması mövqeyinə ciddi şəkildə söykənərək ölkənin ərazi bütövlüyü çərçivəsində istənilən kompromislərə hazırlığını göstərir. Əks halda Ermənistanın təcrid olunması davam edəcək ki, bu da gec-tez öz bəhrəsini verərək. Xüsusilə indi daha az dəstək gördükləri bir zamanada ermənilər bunu daha yaxşı anlayacaq”.