“Azərsu”dan əhaliyə xəbərdarlıqbackend

“Azərsu”dan əhaliyə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Saray və Ceyranbatan qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Editor.az-a verilən məlumata görə, məhdudiyyətlər magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.