Avropa İttifaqı ölkələrinə vizanın qiyməti artırıldıbackend

Avropa İttifaqı ölkələrinə vizanın qiyməti artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İtifaqına üzv dövlətlər viza müraciətləri üçün qiyməti qaldırıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu istiqamətdə Avropa Parlamenti ilə Avropa İttifaqı Şurası arasındakı danışıqlar müsbət nəticələnib.

Edilən dəyişikliyə əsasən, qiymət 60 avrodan 80 avroya yüksəlib. Viza müraciətləri səfərdən 6 ay öncəsinə qədər edilə biləcək.

Qeyd edək ki, tələbələr, araşdırmaçılar və 12 yaşdan kiçik uşaqlar üçün isə ödəniş alınmayacaq.