Gürcülər narazıdır: Ölkədə demokratiya yoxdur – SORĞUbackend

Gürcülər narazıdır: Ölkədə demokratiya yoxdur – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan əhalisinin 46 faizi hesab edir ki, ölkədə demokratiya yoxdur.

Bu nəticə Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstanda keçirdiyi rəy sorğusuna əsasən qeydə alınıb.

“Sizin üçün demokratik ölkədə yaşamaq vacibdir, ya yox” sualına isə gürcülərin 59 faizi “çox vacibdir”, 33 faizi “vacibdir”, 24 faizi isə “vacib deyil” cavabını verib.

Rəyi soruşulanların 43 faizi Gürcüstanın demokratik ölkə olduğunu hesab edib. 46 faiz isə demokratiyanın olmadığını bildirib. Respondentlərin 11 faizi suala cavab verməkdə çətinlik çəkib.

Rəy sorğusu 2018-ci ilin 6-20 dekabr tarixlərində 2200 nəfər arasında keçirilib.

//Axar.az