Bakıda 22 yaşlı sərxoş qız “Rent a Car”ın maşını ilə ağır qəza törətdi – VİDEObackend

Bakıda 22 yaşlı sərxoş qız “Rent a Car”ın maşını ilə ağır qəza törətdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gecə saat 04:30 radələrində paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin kəsişməsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Əliyeva Gülşən idarə etdiyi “Hyundai Elantra” markalı, 90 NG 129 dövlət nömrə nişanlı avtomobili yolun kənarında dayanan yük maşınına çırpıb.
Hadisə G.Əliyevanın həddindən artıq spirtli içki qəbul etməsi və sürət həddini aşması səbəbindən baş verib.
Qəza nəticəsində xəsarət alan Gülşən Əliyeva 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Təcili olaraq reanimasiya şöbəsinə yerləşdirib. Hazırda vəziyyəti orta-ağırdır.
Avtomobildə sürücüdən başqa onun rəfiqəsi də olub. O, qəza zamanı xəsarət almayıb.
Qeyd edək ki, Gülşən Əliyeva idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili “Rent a Car”dan iki günlük icarəyə götürüb.
Faktla bağlı araşdırma aparılır.
///Oxu.Az