Sankt-Peterburqda 30 məktəbdə təxliyə – Bomba həyəcanıbackend

Sankt-Peterburqda 30 məktəbdə təxliyə – Bomba həyəcanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhərində 30 məktəbdə təxliyə aparılıb.

Buna həmin məktəblərə bomba qoyulması barədə anonim məktublar səbəb olub.

Hazırda həmin məktəblərdə axtarış aparılır.

Qeyd edək ki, son bir neçə gün ərzində Rusiyada növbəti anonim zəng və məktublar dalğası başlayıb. Bu müddət ərzində ümumilikdə 12 regionda məktəb və digər obyektlərə bomba qoyulması barədə məlumat verilib.

Heç bir halda təhdidlər öz təsdiqini tapmayıb.

//Trend