“Trabzonspor”da parlayan 10 yaşlı azərbaycanlı ulduz-FOTOLARbackend

“Trabzonspor”da parlayan 10 yaşlı azərbaycanlı ulduz-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 yaşlı gənc futbolçu Məhəmmədəli Bağırov 2009-cu ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. 2015-ci ildə ailəsi ilə birgə Türkiyənin Trabzon şəhərinə köçüb. Futbola marağı və fitri istedadı onun yolunu nüfuzlu “Trabzonspor” klubunun Futbol Akademiyasından salıb. 10 yaşlı gənc azərbaycanlı futbolçu qısa zamanda öz istedadı ilə diqqət çəkib və Akademiyanın öz yaş qrupu üzrə kapitanı seçilib.

Məhəmmədəlinin məşqçiləri onun gələcəkdə güclü futbolçu olacağına şübhə etmirlər. Gənc azərbaycanlı 2017-ci ildə Antalyada keçirilən beynəlxalq yarışda iştirak edərək, öz oyunu ilə böyük təqdir qazanıb.

//Editor.az