Küçəyə atılan iki körpənin anası tapıldıbackend

Küçəyə atılan iki körpənin anası tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında olan iki uşağın anası tapılıb.
Editor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bərdə rayon icra hakimiyyəti başçısının  müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya deyib.
Onun sözlərinə görə, uşağın anası Qazax rayon Kəmərli kəndindəndir: “Ananın adı Aslanova Yeganə Məhəmməd qızıdır. Hazırda məsələ ilə bağlı polis şöbəsində araşdırma aparılır. Hələ ki, uşaqların küçəyə necə atılması ilə bağlı məlumat yoxdur. Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək. İndidən bir şey demək düzgün deyil”.
Xatırladaq ki, dünən Bərdə rayonunda “Qızıltac” şadlıq sarayının yanında iki körpə uşaq tapılıb. Uşaqlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.