Rusiya Qırğız Respublikasında daha bir hərbi baza yarada bilərbackend

Rusiya Qırğız Respublikasında daha bir hərbi baza yarada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qırğız Respublikası ərazisində daha bir hərbi bazasının yaradılması məsələsini müzakirə etməyə hazırdır.

Bunu Qırğız – Rus Slav Universitetindəki çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu, bizim təşəbbüsümüz deyil. Bunu ilk dəfədir eşitdik, qırğız dostlarımızda yaranan təhlükəsizlik barədə fikirlərini müzakirə etməyə hazırıq”, – rusiyalı nazir deyib.

Qeyd edək ki, ötən həftə Qırğız Respublikasının Rusiyadakı səfiri Əlibəy Jekşenqulov ölkə ərazisində Rusiyanın sayca ikinci hərbi bazasının yaradılmasını istisna etməyib.

Hazırda Qırğız Respublikası ərazisində, paytaxt Bişkəkdən təqribən 20 kilometr şərqdə Rusiyaya məxsus Kant aviabazası fəaliyyət göstərir.

// report