Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edildi

16:17 | 8 Mart, 2017

Mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib
martın 6-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Sabirabad şəhər sakini Nadir Kərimovun paytaxt ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib.
Orada müvafiq sənədləri olmayan, mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib.
Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.
//Trend