Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada öldübackend

Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Biləcik rayonunda yol qəzasında xəsarət alan azərbaycanlı tələbə dünyasını dəyişib.
Biləcik Dövlət Xəstəxanasına çatdırılan Azərbaycan vətəndaşı, 23 yaşlı Mirsani Seyidovun həyatını xilas etmək mümkün olmayıb.
Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi.
Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs yaralanıb. Qəza zamanı M.Seyidov avtobusda olub.
///Report