Rusiya erməni kanalını aldı – Nikol tənqid olunacaqbackend

Rusiya erməni kanalını aldı – Nikol tənqid olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “H3” şirkəti satılıb.

Bu məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, televiziyanı Rusiya şirkəti alıb.

Şirkətin televiziyanın ABC loqotipi ilə yenidən yayımını həyata keçirəcəyi vurğulanıb. Televiziya üçün böyük məbləğin yatırıldığı və onun hökumətə qarşı sərt mövqe tutacağı bildirilib.

Qeyd edək ki, “H3” Ermənistanın Orinats Yerkir Partiyasının keçmiş rəhbəri Artur Baqdasaryana məxsus olub. Baqdasaryan bir müddət əvvəl siyasətdən ayrıldığını bildirib.

//Axar.az